Bir müddət öncə FİFA lisenziyası almaq istəyən agentlərin imtahanı keçirilmişdi. Bu gün nəticələr bəlli olub. İdman hüquqşunası Elcan Həsənlinin təsisçisi olduğu “Hasanli Sport Law Centre”nin tələbələrindən 6-ı FİFA lisenziyası əldə edib. Tanınmış hüquqşünas məsələ ilə bağlı Offsideplus.az-a açıqlamasında bunları söylədi:
“FİFA agent imtahanı artıq 3-cü dəfə keçirildi. Bu ildən “Hasanli Sport Law Centre” olaraq bura tələbə hazırlayırıq. Şükürlər olsun ki, mən özüm də daxil olmaqla 6 tələbəmiz lisenziya əldə etdi. Bu statusun mahiyyəti ondan ibarətdir ki, FİFA artıq 2023-cü ildən bütün imtahandan keçmiş şəxsləri rəsmi olaraq qəbul edir. Lisenziyası olmayan şəxslər artıq bu işlə məşğul ola bilməzlər. Onları ağır cəzalar gözləyir. Çox sevindirici haldır ki, Azərbaycanda bu şəxslər artıq imtahan yolu ilə keçdilər. Bundan əvvəl 1 tələbəmiz keçmişdi, bu dəfə isə say 6 oldu. Təbii ki, çox sevinirik. Çalışacağıq ki, Azərbaycan idman ictimaiyyətinə savadlı, ixtisaslı kadrlar hazırlayaq”.